Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
05.04.2024, 00:01
Qoç - yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra bütün bunları yerinə yetirmək çox çətin olacaq.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər. Axşam saatları alış-veriş üçün əverişlidir. Dostları, qohumları qonaq çağırmaq olar.
Buğa - yeni işlər, layihələr barədə düşünmək zamanıdır. İndiyədək məşğul olmadığınız sahədə özünüzü sınayın. Ünsiyyət çevrənizi genişləndirin.
Önəmli qərarlar vaxtıdır. Diqqət mərkəzində olduğunuzdan sözlərinizə və hərəkətlərinizə maksimum diqqət yetirin. Maddi uğur, gəlir, hədiyyə və ya dəvət istisna deyil.
Günün ikinci yarısında dostlardan biri sizi hadisələrə təsir imkanlarına malik şəxslə tanış edəcək. Təşəbbüskar olun. Axşam saatları şəxsi münasibətlərdə mürəkkəb, qarışıq vaxt olacaq. Gözləntiləriniz adekvat təsir bağışlamalıdır.
Əkizlər - yeni tanışlıqlar, ideyalar, məşğuliyyət üçün əlverişli zamandır. Ehtiyatlı olun, risklərə qapılaraq eksperimentlərin sayını artırmayın. Təkliflərin səbatlılıq dərəcəsini sınayın. Yaxşı tanımadığınız insana inanmayın.
Günün ikinci yarısında yeni informasiya əldə etmək istəyi, tamah vaxtın qeyri-rasional sərfiyyatı ilə yanaşı, maliyyə itkiləri riski də yaradacaq. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında bir sıra planları müzakirə etmək olar. Çətinlikləri yaxınlarınızla əl-ələ verərək dəf edə bilərsiniz.
Xərçəng - tənha qalmaq, müstəqil çalışmaq istəyi yeni çətinliklər yarada bilər. Gün yeni tanışlıqlar, maraqlı ünsiyyət, cazibədar təkliflər vəd edir.
Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. İşçi sxemlərlə yanaşı, münasibətlərə də önəm verin. İndi bir sıra məsələlər sırf şəxsi təmaslar səviyyəsində həll olunur. Dostları unutmayın.
Günün ikinci yarısında rəqiblərin fəallığı artacaq. Yalan, fırıldaq, məkr güclənir. Zəifləməyinizi, geri düşməyinizi istəyən insanın niyyətini puç edin. Yaxın ətrafınızdakı insanlarla ümumi maraqlarınız varsa, ortaq mənfəət də aşkarlana bilər.
Şir - yaxınlarınızdan birinin təcili məsləhətə və ya köməyə ehtiyacı var. Diqqətinizi, qayğınızı bu şəxsdən əsirgəməyin. Əlavə gəlir vəd edən yeni layihəyə başlamaq olar.
Yaradıcılıq potensialınız yaxşı səviyyədədir. Perspektivli layihəni qiymətləndirəndə bütün detalları nəzərə alın.
Günün ikinci yarısı təmir, yaşam arealının yenilənməsi üçün materialların alınması üçün əlverişlidir. Sevdiyiniz insanı tərifləyin, onun könlünü xoş edin. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin.
Qız - maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.
Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin.
Tərəzi - özünüzü olduğunuzdan pis qiymətləndirməyin. Zahiri görünüşə aldanmayın, batinə fikir verin. Qarşınıza ifrat ambisioz hədəflər qoymayın, məqsədlərin praqmat olmasına çalışın. Daha çox fayda əldə edə biləcəyiniz ünsiyyət çevrəsini müəyyənləşdirin.
Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Ən rutin, cansıxıcı işlərə maraqlı detalları və ya təfərrüatları əlavə edərək normal nəticə əldə etmək olar. Aktivliyinizi artıranda ehtiyatda əlavə variant, alternativ olmalıdır. Vaxt darlığı problemlər vəd edir.
Əqrəb - dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prsoesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.
Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin. Gəzintiyə yollanmaq olar.
Oxatan - yaşanan proseslərə həssas olun, olayları sayıqlıqla dəyərləndirin. Proseslərə sürətli reaksiya verin. Təmkinli olun. Nagahani yaşananan hansısa olayla bağlı tələsik qərar verməyin. Hisslərin, impulsların əsiri olmayın.
Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Uğursuzluqlar, alınan məlumatlar sizdə əsla ruh düşkünlüyü yaratmamalıdır. Cari işlərlə məşğul olun. Tərəfdaşlarla müzakirələr, danışıqlar, yazışmalarda aktiv olun. Yaxın gələcəkdəki perspektivləriniz indi müəyyənləşir.
Oğlaq - günün ilk yarısı dinamikdir. Emosional zamandır. Ambisiyalarınız və maliyyə gözləntiləriniz qəflətən mənfi impuls ala bilər. Rəqabət güclənəcək, şəxsi münasibətlər işgüzar əlaqələrə təsir edəcək. Kompromis tapmaq, hissləri cilovlamaq, soyuqqanlı olmaq asan deyil.
Günün ikinci yarısında illüziyalardan əl çəkərək reallığı dəqiq qiymətləndirin. Yeni hədəflər və orientirlər seçin. Dəyişikliklər üçün münasib zamandır. Axşam saatlarında alış-verişə yollanmaq olar.
Dolça - fəaliyyət prosesini rasionallaşdıra bilərsiniz. Bəzi hadisələr qəflətən, gözlənilməz şəkildə baş verir. Hərdəmxəyal olmayın, başladığınız işləri başa vurun. Yeni marağın yaranması istisna deyil. Təkliflərdən birini dəyərləndirməyə hazırlaşırsınızsa, bilin ki, yeni layihə xərclər, hətta itkilər vəd edir.
Günün ikinci yarısı tanışlıq və yazışmalar üçün münasibdir. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Uğur vəd edən şansı dəyərləndirin. Yaxın saatlarda baş verəcək olay ötənlərdə məruz qaldığınız itkinin acısını unutdura bilər. Dostlarla sıx təmaslarda olun. Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Balıqlar - situasiyanın inkişaf məcrasına kobud müdaxilələr etməyin. Vəziyyəti müşahidə edin, amma spontan müdaxilələrə imkan verməyin. Narazılıq, əndişə, nigaranlıq hissləri yarana bilər. Məlumatlar və informasiyaların mübadiləsi prosesi sürətləndirə bilər.
Günün ikinci yarısında önəmli hadisə baş verəcək. Sizi çoxdan bəri narahat edən məsələni həll etmək üçün qəti addımlar atmaq zamanıdır. Sərmayə üçün münasib zamandır. Nikbin olun, çətinliklərin sizi ruhdan salmasına rəvac verməyin. Axşam saatlarını faydalı məşğuliyyətə həsr edin.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
Bugün, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
Bugün, 18:35 CƏMİYYƏT
-
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı keçirlib - VİDEO
Bugün, 18:31 MƏDƏNİYYƏT
-
"HEÇ KİM ARAMIZA GİRƏ BİLMƏZ" - Ərdoğan Qarabağda Azərbaycan prezident ilə görüşdü, mühüm bəyanat və mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənb)
Bugün, 18:30 GÜNDƏM
-
ƏLİYEVLƏ ƏRDOĞANIN ŞUŞA GÖRÜŞÜNƏ DAMĞA VURAN GÖRÜNTÜ... - FOTO
Bugün, 18:13 SİYASƏT
-
İlham Əliyevlə Ərdoğan Xocalı Soyqırımı və Şuşa qalası önündə - FOTOLAR
Bugün, 17:53 GÜNDƏM
-
Birinci xanımlar çay masasında söhbətləşdi - FOTOLAR
Bugün, 17:13 GÜNDƏM
-
Türkiyə dövləti Ağdamda məktəb tikir: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"
Bugün, 16:20 GÜNDƏM
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət ediblər - FOTOLAR
Bugün, 16:14 GÜNDƏM
-
Ərdoğan: "İlham Əliyevin liderliyi ilə Azərbvaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi"
Bugün, 16:12 GÜNDƏM
-
ƏLİYEV VƏ ƏRDOĞAN AİLƏLƏRİ İLƏ BİR ARADA - FOTOLAR
Bugün, 15:20 GÜNDƏM
-
Ərdoğan Qarabağda: “Gözəl şeylər hiss edirik, hava da gözəldir” - VİDEO
Bugün, 14:27 GÜNDƏM
-
İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov... - Keçmiş “Azərsu” ASC-nin rəhbər şəxslərinin fəaliyyəti yoxlanılır + VİDEO
Bugün, 14:18 CƏMİYYƏT
-
Azərbaycan Prezidentinin xalqa müraciəti: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm..." - VİDEO
Bugün, 12:00 GÜNDƏM
-
AZƏRBAYCANIN ZƏFƏRİ: TARİXİ DƏYİŞƏN 44 GÜN
Bugün, 11:50 SİYASƏT
-
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb
Bugün, 11:49 CƏMİYYƏT
-
Tokayev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib: "Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və..."
Bugün, 11:28 GÜNDƏM
-
"Əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş..." - "Pakistan Azərbaycanı hər zaman dəstəkləyəcək"
Bugün, 09:52 GÜNDƏM
-
Şura: "Azərbaycan mediası 44 günlük Vətən müharibəsi boyunca yorulmadan mübarizə aparıb"
Bugün, 09:07 PRESS
-
BU GÜN ZƏFƏR GÜNÜDÜR
Bugün, 00:02 GÜNDƏM
-
ƏRDOĞAN: "Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur" (YENİLƏNİB)
07.11.2026, 22:11 GÜNDƏM
-
Hacıqabulda "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş bayram konserti keçirilib - FOTOLAR
07.11.2026, 20:28 GÜNDƏM
-
DİN: "Zəfər Günün mübarək, Azərbaycan!" - VİDEO
07.11.2026, 20:28 GÜNDƏM
-
"Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Prezidentdən yeni paylaşım + VİDEO
07.11.2026, 20:23 GÜNDƏM
-
Ermənistan Təhlükəsizlik Şurası: "Biz niyə türklərlə savaşmalıyıq? - "70 il ərzində bizə aşılanan, guya Rusiyadan yapışmaq lazımdır, əks halda türklər..."
07.11.2026, 18:00 SİYASƏT
-
Zəfərimizin 6-cı ildönümü: “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib - VİDEO
07.11.2026, 17:42 MƏDƏNİYYƏT
-
Əkin sahələrinin suvarılmasına 477 milyon manat xərclənəcək
07.11.2026, 17:07 İQTİSADİYYAT
-
"Cənab Prezident, əziz Qardaşım..." - Ərdoğan İlham Əliyevə daha bir məktub göndərdi
07.11.2026, 14:11 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq verilib
07.11.2026, 13:51 GÜNDƏM
-
POLKOVNİKLƏR GENERAL-MAYOR, GENERAL-MAYOR İSƏ GENERAL-LEYTENANT OLDU - Prezident onlara ali hərbi rütbələr verdi
07.11.2026, 13:32 GÜNDƏM
-
Prezident Ağdamda - FOTOLAR (YENİLƏNİB)
07.11.2026, 12:51 GÜNDƏM
-
Sabah yağış yağacaq
07.11.2026, 12:31 CƏMİYYƏT
-
Əli Əsədovun müavini təqaüdə göndərilir?
07.11.2026, 12:09 SİYASƏT
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTOLAR
07.11.2026, 12:02 GÜNDƏM