CHP səsləri təkrar sayılan rayonda seçkini yenə qazandı - Açıqlama

img

05-04-2024 [00:07]


31 mart bələdiyə seçkilərndə CHP-nin az fərqlə qalib gəldiyi İstanbulun Qaziosmanpaşa rayonuna AK Partiyanın namizədi Həsən Tahsin Usta səslərin yenidən sayılmasını tələb edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tələb üzrə səslərin yenidən sayılmasına qərar verilib.

Məlumata görə, səslərin təkrar sayılmasından sonra da CHP-nin namizədi Hakan Bahçetepe 848 səs fərqi ilə qalib gəlib.

Bu barədə Hakan Bahçetepe sosial media hesabında paylaşım edib: "Qadınlar qazandı, gənclər qazandı, demokratiyaya inananlar qazandı..."

CHP-nin İstanbul şəhər təşkilatını sədri Özgür Çelik isə qələbə ilə bağlı hər kəsi təbrik edib: "Bir daha təbrik edirəm, Qaziosmanpaşa! Yenidən sayılan 1030 sandıqda namizədimiz Hakan Bahçetepe 848 səs fərqi ilə Qaziosmanpaşa Bələdiyyə başçısı oldu!".

Təşkilat sədri əlavə edib ki, birilərinin masa arxasında nəticəni dəyişmək cəhdlərin fayda verməyib.

Xatırladaq ki, martın 31-də keçirilən seçkilərdə Qaziosmanpaşada CHP-nin namizədi Hakan Bahçetepe səslərin 40,45 faizini, Qaziosmanpaşa Bələdiyyə sədri olan AK Partiyanın namizədi Həsən Tahsin Usta isə 40,12 faiz səs almışdı. Onlar arasında təxminən 1000 səs fərqi vardə. Bu səbəbdən Usta səslərin yenidən sayılmasını istəmişdi....

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR