Lavrov Moskvada səfirlərlə görüşdə: "Biz Ukrayna ilə ədalətli qaydada anlaşmağa hazırıq"

img

04-04-2024 [18:30]


"Biz Ukrayna ilə adil və ədalətli qaydada razılığa gəlməyə hazırıq".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada xarici ölkələrin səfirləri ilə görüşdə deyib.

Lavrov bildirib ki, bugünkü Ukrayna müharibəsi  Qərbin uzun illər davam etdirdiyi hazırlıqlar nəticəsində davam edir: "İndisə Qərb Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynanın 10 bəndlik sülh planına mümkün qədər çox ölkədən dəstək almaq istəyir. Daha dəqiqi, onlar saxta və çirkin vasitələrlə 140 ölkənin imzası ilə "böyük ailə" dəstəyi nümayişinə çalışırlar. Məqsədləri Rusiyanın təslim olması və sərhədlərin 1991-ci il sərhədlərinə qayıtmasını təmin etməkdir. Onun üçün İsveçrədə sülh konfransı keçirməyə can atırlar. Təbii ki, Rusiya bu konfransda olmayacaq və onu qəbul da edən deyil.Biz hansısa ölkəyə "o konfransa qatılmayın demirik", belə bir niyyət və təzyiq istəyimiz də yoxdur. Bizdə belə vərdişlər yoxdur.  Ancaq yenə də Ukraynadakı bəlli rejimə deyirəm ki, savaş başlayan ilk vaxtda İstanbulda olduğöu kmi, yenə də anlaşa bilərik. Biz təbii ki, ilk növbədə Rusiyanın təhlükəsizlik maraqlarına əsaslanacaq, yeni razılaşmalara "yox" demirik. Əksinə, digər ölkələrin, o cümlədən Ukraynanın da təhlükəsizlik maraqlarını adil, ədalətli formada nəzərə almaqla razılıq əldə edə bilərik".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR