CHP-nin qazandığı rayon bələdiyyə seçkisinin nəticəsi ləğv olunub - Səbəb

img

04-04-2024 [00:42]


Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkidən müxalif CHP-nin qazandığı Kayseri şəhərinin Pınarbaşı rayon bələdiyyə başçısı və Məclis üzvlüyü seçkilərinin nəticələri ləğv olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dairə Seçki Şurası bu qərarını möhürsüz torbalarla əlaqələndirib.

Seçki Dairəsi təkrar seçkinin 2 iyun 2024-cü ildə keçirilməsinə qərar verib.

Bu barədə açıqlama verən MHP-nin Kayseridən deputatı Baki Ersoy bildirib ki, Seçki Komissiyası 6 lehinə, 1 əleyhinə olmaqla Pınarbaşı Bələdiyyə Başçısı və Məclis üzvlüyünə seçkinin yenidən keçirilməsinə qərar verib. .

Pınarbaşı Bələdiyyəsinin hazırkı AKP-li başçısı, eyni zamanda, 31 mart seçkisində yenidən namizəd göstərilmiş Menduh Uzunluoğlu təkrar seçkidə qələbə üçün bütün gücü ilə çalışacağını deyib.

Xattırladaq ki, martın 31-də keçirilən seçkidə CHP-nin namizədi Dəniz Yağan 5082, Menduh Uzunluoğlu isə 4758 səs toplayıb.

Firudin Səfərli

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR