Roma Papası: "Bölgədə qarşıdurmanı dərinləşdirəcək hər cür davranışdan qaçmalıyıq"

img

03-04-2024 [14:40]


Roma Papas Fransisk Qəzzada dərhal atəşkəs tələbini yeniləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Vatikanın məşhur Müqəddəs Pyotr meydanında ənənəvi ümumi qəbul iclasları keçirən Papa Qəzzada baş verən son hadisələrlə bağlı mesaj verib.

O, ədalət olmadan sülhün olmayacağını bəyan edib: "Yaxın Şərqdən kədərli xəbərlər gəlməyə davam edir. Qəzza zolağında dərhal atəşkəs çağırışımı yeniləyirəm. qəəza camaatının böyük humanitar dəstəyə ehtiyacı var".

Papa ötən gün Qəzzada humanitar yardım paylayan könüllülərin öldürülməsinə təəssüfləndiyini ifadə edb: "Bu, məni dərindən kədərləndirib"

Müharibənin  bölgəyə sirayət etmə riskinin böyük olduğunu bildirən Papa Fransiskin sözlərinə görə, tərəflər bölgədə qarşıdurmanı dərinləşdirəcək hər cür davranışdan qaçmalıdır.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR