MƏĞLUBİYYƏTİN FOTOSU - AKP-li sabiq deputat iki foto yaydı, CHP-yə uduzmalarının sirrini açdı (FOTO)

img

03-04-2024 [11:49]


Prezident Ərdoğan lideri olduğu AK Partiyanın 31 mart seçkilərində ümumi səsvermədə CHP-yə uduzmasına sabiq AKP-li deputat  Şamil Tayyar maraqlı şərh verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son illər AK Pariya mənsublarının sürətlə var-dövlətə, dəbdəbəi həyata meylləndiklərinin gündəmdə olmasına qüvvət verən keçmiş deputat bu iradı haqlı sayıb.

O, AK Partiyanın Afyonkarahisar Bələdiyə sədrliyinə namizədi Hüseyin Ceylan Uluçayın Ailə naziri Mahinur Özdemir Göktaşla bəraber çox bahalı CİP-lə küçələrdə dolaşmasını təsdiqləyən fotonu səhifəsiundə paylaşaraq onun və ümumilikdə partiyasının CHP-yə uduzmasının səbəblərini bu kimi məsələlərdə axtarmağa işarə vurub.

AK Partiya keçmiş millət vəkili Şamil Tayyar 1994 və 2024-cü il seçki dövrünə aid iki foto paylaşaraq yazıb: "Məncə məqsədi izah etmək üçün uzun yazmağa ehtiyac yoxdur. İki foto arasındakı fərqi tapsaq, problemi də, çarəni də taparıq" .

Xatırladaq ki, dünən Ərdoğan silahdaşlarını toplayaraq "heç kim toxunulmaz deyil" deyə onlara xəbərdarlıq edib. Ərdoğan nioyə az ssə almalarının dərindən təhlil olunacağını və lazımı addımlar atılacağını bəyan edib.

Samir Musayev

MİA.AZ 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR