25-06-2014 [12:30]
-Axır vaxtlar adını yaman çox çəkirəm.
-Xəbərim var, axır vaxtlar yaratdıqlarımın hamısı nəinki adımı çəkir, həm də adımdan yaman çox istifadə edirlər. Elə buna görə də Musanı da, İsanı da , Məhəmmədi də göndərdim ki, aramızda məsafə yaransın. Amma başınıza ağıl gəlmədi ki, gəlmədi.
-Elə yaradanda ağıllı yaradaydın da...
-Mənim yaratdığımla sizlər arasında fərq mənim özümü də təccübləndirir. Ağınız da,qaranız da bir-birinə qatışıb. Hansı birinizi də dindirsələr, öncə məndən başlayıb, sonra özünüzdə dayanırsınız. Nə qorxunuz var, nə də hürkünüz. Göndərdiyim kitabların da başına elə oyun açıbsınız ki, "Dekameron” əsəri daha mərifətli olub onların yanında. Toyuq, cücə hələ də su içəndə başını yuxarı qaldırıb mənə dua edə-edə suyunu içir. Sizlər isə yanınızdakı o qızın və ya oğlanın canına dua edə-edə istədiyinizi edirsiniz.
-Neyniyək bəs, yaratmaq istəyirik və qarşımızda səni görürük. Keçi də kəsilmək istəyəndə çobanının çomağına sürtünər. Məncə əslində bu qədər din yaradıb, peyğəmbər göndərməyə ehtiyac yox idi. Elə bir tək özün olardın, bir də biz. Yoxsa indi az qala bürokratik bir labirint yaranıb. Sənə bir söz demək üçün 124 min peyğəmbərə yalvarmalıyıq. Nə bilim, göndərdiyin dinlərin qaydalarına, özlərinin yaratdığı qaydalara əməl etməliyik. Bir sözlə başını qaldırırsan ki, səndən başqa hamıya dua etmək lazımdı. Səndən isə sadəcə qorxmaq lazımdı. Qorxa-qorxa da ağlımıza gələni edirik. Amma peyğəmbər elan etmədiyin Oşonu o günü oxuyurdum. Onun yanaşması məncə daha rahatdı.
-Elə hamınız eyni ağıldasınız. Bir balaca ağıl hiss edən kimi birinci məni müzakirə etməyə başlayırsınız. Biriniz deyirsiniz ki, qorxmalıyıq, digəriniz deyirsiniz ki, sevməliyik. Başqa biriniz də deyirsiniz ki, bütün günü gəlib yanınızda oturmalıyam ki, mövcud olduğuma inanasınız. Bir Nəsimiyə imkan verdim ki, insan olaraq nəsə desin,onu da məndən pis günə qoydunuz. Axırda özüm də anlamadım Allah kimdi. Bir xoşuma gələn keyfiyyətiniz odur ki, ruhunuza əliniz çatmır. Ona görə də hələ ki, dözməyə dəyər. Amma bir sirr də mən açım?
-Aç.
-Axır vaxtlar sizlərə o qədər alüdə olmuşam ki, artıq məni məişət problemləri daha çox düşündürür. İndi hiss edirəm ki, EQOm o qədər güclü olub ki, özüm kimi birini yaratmamışam ki, arada dərdləşim. Ağıl ağıldan üstündür axı. Son vaxtlar, daha doğrusu İsadan sonra o qədər aqressiv olmuşam ki, Məhəmmədə özümü az qala qanqster kimi göstərmişəm. İndi də melanxolik olub getmişəm. Baxıram ki, əksəriyyətinizdə şəxsiyyətin ikiləşməsi gedir və ortaya çıxara bilmədiyiniz o biri "siz” mənə daha çox oxşayır. Məndə də şəxsiyyətin ikiləşməsi başlayıb və Allah deyil, özüm olmaq istəyirəm. Arada Nəsimiyə dediklərimi özüm üçün zümzümə edirəm. Nəyi?
Ey özündən bixəbər qafil oyan,
Haqqa gəl kim haqq deyil batil oyan.
Olma bu fani dünyaya mail, oyan,
Mərifətə nəsnə qıl hasil oyan!
Ay ilə günəş üzün heyranıdır,
Mişk ilə ənbər saçın tərxanıdır,
Çün Nəsimi aləmin sultanıdır,
Dövranın, dövran onun dövranıdı.
-Hə... Səbrli ol...
Allahın son etirafı
(Allahla söhbət)
-Axır vaxtlar yaman adını çox çəkirəm.
-Xəbərim var,axır vaxtlar yaratdıqlarımın hamısı nəinki adımı çəkir,həm də adımdan yaman çox istifadə edirlər. Elə buna görə də Musanıda,İsanıda ,Məhəmmədi də göndərdim ki, aramızda məsafə yaransın.Amma başınıza ağıl gəlmədi ki, gəlmədi.
-Elə yaradanda ağıllı yaradaydında...
-Mənim yaratdığımla sizlər arasında fərq mənim özümü də təccübləndirir. Ağınızda,qaranızda bir-birinə qatışıb. Hansınızıda dindirirlər öncə məndən başlayıb, sonra özünüzdə dayanırsınız. Nə qorxunuz var, nə hürkünüz. Göndərdiyim kitablarında başına elə oyun açıbsınız ki, "Dekameron” əsəri daha mərifətli olub onların yanında. Toyuq,cücə hələ də su içəndə başını yuxarı qaldırıb mənə dua edə-edə suyunu içir, sizlər isə yanınızdakı o qızın və ya oğlanın canına dua edə-edə istədyinizi edirsiniz.
- Neyniyək ey, yaratmaq istəyirik və qarşımızda səni görürük. Keçidə kəsilmək istəyəndə çobanının çomağına sürtünər. Məncə əslində bu qədər din yaradıb,peyğəmbər göndərməyə ehtiyac yox idi. Elə bir başa özün olardın birdə biz. Yoxsa indi az qala bürokratik bir labrint yaranıb. Sənə bir söz demək üçün 124 min peyğəmbərə yalvarmalıyıq, nə bilim göndərdiyin dinlərin qaydalarına, özlərinin yaratdığı qaydalara əməl etməli,bir sözlə başını qaldırırsan ki, səndən başqa hamıya dua etmək lazımdı. Səndən isə sadəcə qorxmaq lazımdı. Qorxa-qorxada ağlımıza gələni edirik. Amma peyğəmbər elan etmədiyin Oşonu o günü oxuyurdum. Onun yanaşması məncə daha rahatdı.
- Elə hamınız eyni ağıldasınız. Bir balaca ağıl hiss edən kimi birinci məni müzakirə etməyə başlayırsınız. Biriniz deyirsiniz ki, qorxaq, biriniz deyirsiniz ki, sevək. Biriniz deyirsiniz ki, bütün günü gəlib yanınızda oturum ki, olduğuma inanasınız. Bir Nəsimiyə imkan verdim ki, insan olaraq nəsə desin,onuda məndən pis günə qoydunuz. Axırda özümdə anlamadım Allah kimdi. Bir xoşuma gələn keyfiyyətiniz odu ki, ruhunuza əliniz çatmır. Ona görə də hələ ki, dözməyə dəyər. Amma bir sirrdə mən açım?
-Aç
-Axır vaxtlar sizlərə o qədər alüdə olmuşam ki, artıq məni məişət problemləri daha çox düşündürür. İndi hiss edirəm ki, EQOm o qədər güclü olub ki, özüm kimi birini yaratmamışam ki, arada dərdləşim. Ağıl ağıldan üstündü axı. Son vaxtlar , daha doğrusu İsadan sonra o qədər aqressiv olmuşam ki, Məhəmmədə özümü az qala qanqster kimi göstərmişəm. İndidə melonxolik olub getmişəm. Baxıram da əksəriyyətinizdə şəxsiyyətin ikiləşməsi gedir və ortaya çıxara bilmədiyiniz o biri siz mənə daha çox oxşayır. Məndə də şəxsiyyətin ikiləşməsi başlayıb və Allah yox özüm olmaq istəyirəm. Arada Nəsimiyə dediklərimi özüm üçün zümzümə edirəm.
Nəyi?
Ey özünden bixeber qafil oyan
Haqqa qel kim haqq deyil batil oyan
Olma bu fani dünyaya mail oyan
Merifete nesne qil hasil oyan!
Ay ilə günəş üzün heyranıdır,
Mişk ilə ənbər saçın tərxanıdır,
Çün Nəsimi aləmin sultanıdır,
Dövr anın, dövran onun dövranıdı
-Hə... Səbrli ol...
Eldəniz ELGÜN
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq