HƏMAS: "Qəzzanın cənubunda İsrail hərbçilərini tələyə saldıq"

img

01-04-2024 [19:56]


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində İsrail ordusunun iki qrupuna pusqu qurduqlaırnı elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Qəssam Briqadalarının "Telegram"dakı rəsmi səhifəsində məlumat verilib.

Açıqlamaya görə, Xan Yunusdaa İsrail ordusunun hərbi maşını "Yasin 105" raketi ilə vurulub: "7 əsgərdən ibarət maşına köməyə gələn bir qrup hərbçi də Xan Yunusun mərkəzi hissələrində tələyə salınaraq zərərsizləşdirilib, aralarında yaralılar var...".

İsrail ordusu ididaya münasibət bildirməyib. Sadəcə bu gün səhər saatlarında Qəzza zolağının cənubunda bir əsgərin həlak olduqğu təsdiqlənib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR