Ərbakanın silahdaşı erkən seçki siqnalı verdi: "AKP bu seçkidə sarı kart aldı" - "İqtdarı hər il xaricə 40 milyard faiz ödəyir" 

img

01-04-2024 [13:20]


Türkiyədə dünən keçirilən bələdiyyə sçekilərində CHP (37,74 faiz) və AK Partiyadan (35,49 faiz) sonra 6,19 faizlə 3-lüyü qazanan Yenidən Rifah Partiyası indidən erkən seçk anonsu verməyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Fatih Erbakanın lideri olduğu Yenidən Rifah Partiyasının İstanbul şəhəri üzrə namizədi Mehmet Altınöz Haberler.com-a müsahibəsində danışıb.

Mehmet Altınöz müsahibəsində Türkiyə və İstanbuldakı nəticələri dəyərləndirib. Ortaya çıxan mənzərənin onu da təəccübləndirdiyini etiraf edən  deyən Altınöz deyib: "Bu fərqi gözləmirdim açığı. Böyük fərq var. Deyə biləərm ki, burada CHP qazanmır, AK Partiya uduzur. AK Partiyanın iqtidar partiyası olmasında bizim dəstəyimiz böyük olub. Bu seçki vətəndaşların AK Partiyaya sarı kart göstərdiyi seçki oldu...".

Hökumətin iqtisadi siyasətini sərt və tutarlı faktlarla tənqid edən Altınöz bildirib ki, Türkiyə hazırda hər il 40 milyard dollar borc faizi ödəyir: "Hazırda illərdir təyinat gözləyən 150 min müəllim var.  Türkiyə, daha doğrusu AKP iqtidarı xaricdən aldığı borclara görə 40 milyrad dollar faiz ödəöyir. Baxın, faiz deyirəm, əsas borc isə yerində qalır. Bu 40 milyard dollarla təyinatını gözləyən müəllimlərin təyinatını da, 20 illik maaşını da vermək olar. Bu qədər pula diqqət eləyin. Bu pul dediyim kimi, yalnız faizə gedir. O pulla zəlzələ bölgəsində 1 milyon ev tikmək və pulsuz paylamaq olar. 40 milyard dollarla 35 Osman Qazi körpüsü tikərsən və sair...".

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu təbrik edən Altınöz iddia edib ki, burada CHP-nin heç bir uğurunu görmür: "Burada tamamilə ideoloji vəziyyət var. Vətəndaşlar iqtidar partiyasına dərs vermək istəyir".

Bundan sonra nə olacağı ilə bağlı sualı cavablandıran Altınöz bildirib ki, bundan sonra daha çox çalışmaq lazımdır: "Biz bütün gücümüzlə parlament seçkisinə ahzırlaşacağıq. Gördüyüm hazırkı mənzərə erkən seçki şəklidir. Ümid edirəm ki, növbədənkənar seçkilərdə vətəndaşlarımızdan daha çox dəstək alacağıq.Mənim erkən seçki ilə bağlı proqnozum bu ildir. Olmasa da, gələn il növbədənkənar seçkilərin ola biləcəyini düşünürəm”.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR