ŞOK! İki deputat seçiciləri tərəfindən yumurta atəşinə tutulacaq

img

25-06-2014 [11:15]


Cəlilabad camaatı deputatlarını axtarır. 2010-cu ildə parlamentə mandat qazanmış Mirkazım Kazımov və Malik Həsənovu bu illər ərzində görüb, dərdlərini deyə bilməyən rayon sakinləri onlar üçün and içir.

MİA Dia.az-a istinadən xəbər verir ki, indiyə qədər bu məsələni o qədər də qabartmayan rayon sakinləri artıq bezdiklərini dilə gətiriblər.

Məlumatda deyilir ki, mandat qazandıqdan sonra seçildikləri dairələrə getməyən və ya getdikdə heç kimlə görüşməyən sözügedən deputatların hərəkətləri insanlara pis təsir edib. Ona görə də, bir neçə kəndin sakinləri and-aman ediblər ki, əgər Mirkazım Kazımov və Malik Həsənov Cəlilabada gələrlərsə, onları yumurta atəşinə tutacaqlar.

Qeyd edək ki, Malik Həsənov komitə sədri Kərəm Həsənovun qardaşıdır. Mirkazım Kazımov isə «Qasid» mətbuatyayım firmasının rəhbəridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA