Müdafiə Nazirliyi ermənilərin torpaqlarımızı tutma xəbərini təkzib etdi - FOTOLAR

img

19-06-2014 [16:16]


Musavat.com-un əməkdaşı Müdafiə Nazirliyinin mətbuat xidmətiylə əlaqə saxlayaraq, yayılan bu xəbərin və fotoların həqiqətə uyğun olub-olmamasını dəqiqləşdirməyə çalışıb. 

Mətbuat xidmətinin rəis müavini əməkdaşımıza bildirib ki, bu xəbərlər cəfəngiyyatdır: "Bu erməni saytlarının yaydığı cəfəngiyyatdır. Hazırda bu xəbərlərlə bağlı rəsmi açıqlama hazırlayırıq". 

*****
15:40

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin Naxçıvan istiqamətində bu günlərdə gedən güclü atışmaların səbəbi üzə çıxıb.

Virtualaz.org saytı xəbər verir ki, erməni hərbi qaynaqları Naxçıvanla sərhəddəki neytral ərazidə yerləşən bir neçə strateji yüksəkliyi tutduqları barədə məlumat yayıblar.

"Regnum” agentliyi erməni hərbi portalı razm.info-ya istinadən xəbər verir ki, Ermənistan ordusu Naxçıvanla sərhəddə sərt iqlim şəraitinin hökm sürdüyü, dəniz səviyyəsindən 2500-3300 metr yüksəklikdə yerləşən, sutkalıq temperatur fərqinin 35-40 dərəcəyə çatdığı ərazilərdə yerləşən yüksəklikləri səssiz-səmirsiz tutub.


İddia olunur ki, Azərbaycan hərbçiləri bu əməliyyatdan xəbər tutanda çox gec olub və erməniləri tutduqları mövqelərdən çıxarmaq üçün nəsə etmək mümkün olmayıb.

Bu əməliyyat nəticəsində Naxçıvanla sərhəddə Ermənistan ordusunun bir çox mövqeləri Azərbaycan ordusunun döyüş postlarından yüksəklikdə qalıb.

Hazırda ermənilərin yeni tutduqları mövqelərdən nəinki Azərbaycan postlarının kommunikasiyaları, eyni zamanda 25-30 kilometr məsafədə yerləşən Naxçıvan şəhəri aydın görünür.


Əməliyyat nəticəsində Ermənistan ordusu Naxçıvanla sərhəddə əlavə olaraq 100 kvadratkilometr əraziyə nəzarət edir. Sayt ermənilərin ələ keçirdikləri yüksəkliklərin fotolarını da yayıb. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA