Məşhur baş məşqçinin qızı bələdiyyə sədri seçildi: "2028-ə qələbə vizyonu ilə gedirik" - FOTOLAR

img

01-04-2024 [10:07]


CHP-nin İzmir şəhərinin Çeşme Bələdiyyə sədri vəzifəsinə namizəd irəli sürdüyü məşhur məşqçi Mustafa Dənizlinin qızı Lal Dənizli qalib gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səslərin 100 faizinin sayıldığı rayonda Lal Dənizli 53,69 faiz səslə rəqiblərini məğlub edib.

Dənizlinin ən yaxın rəqibi MHP-dən Esat Tanık isə 34,38 faiz səs toplayıb.

Çeşmənin ilk qadın bələdiyyə başqanı seçilən Dənizli qələbəsindən dərhal sonra gecəylə tərəfdarları ilə görüşüb.

"Balkon çıxışı"nda inamlı açqlamalar verən Mustafa Dənizlinin qızı ona səs verənlər təşəkkür edib: "Məni sevindirən bütün həmvətənlərimə təşəkkür edirəm. Yeddidən yetmişə qədər bütün vətəndaşlarımıza xidmət edəcəyəm. Bu gün Cümhuriyyət Xalq Partiyası bu gün Türkiyənin hər yerində tarix yazdı. Yeni qələbə vizyoni ilə 2028 prezident seçkilərinə gedirik. Çeşməni gözəl günlər gözləyir".

Xatırladaq ki, Lal Dənizli 1991-ci ildə anadan olub. O, “Qalatasaray” və “Beşiktaş”ın, eləcə də Milli Futbol Komandasının keçmiş baş məşqçisi Mustafa Dənizlinin qızıdır. Lala Dənizli Pierre Loti Fransız Liseyini bitirdikdən sonra İstanbul Bilgi Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. Daha sonra Beynəlxalq Münasibətlər üzrə magistratura pilləsini oxuyub.

Lamiyə Əhmədli

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR