Bayden Rusiyanı təhdid elədi: "Bunun əvəzini ödətdirəcəyik"

img

30-03-2024 [00:19]


ABŞ prezidenti Co Bayden Rusiyada casusluq ittihamı ilə həbs olunan amerikalı jurnalist Evan Qerşkoviçin saxlanmasının ildönümü ilə bağlı rəsmi Moskvanı hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bayden Moskvanın əssassız həbslərlə ABŞ-la bazarlıq etməyə can atdığını iddia edib: "Ancaq ABŞ bunun əvəzini Rusiyaya ödəməyə məcbur edəcək”. 

ABŞ lideri qeyd edib ki, jurnalistin ölkəsinə dönməsi üçün lazımı addımlar atılır.

Xatırladaq ki, "WSJ" qəzetinin Moskva ofisində müxbir işləyən Evan Qerşkoviç 2023-cü il martın 29-da Rusiya Federasiyasının Ural vilayətinin Yekaterinburq şəhərində casusluqda şübhəli bilinərək saxlanılıb. Rusiya mətbuatı onu 20 ilədək cəza gözlədiyini yazır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR