İrəvan seçim etməlidir: ya sülh gündəliyinə sadiq qalmalı, ya da... -TƏHLİL
29-03-2024 [13:20]
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin sonuncu iclasında maraqlı məsələlərə toxunub. Onun özünü “dqr”in “mühacirətdə olan hökuməti” adlandıran “qurumun” fəaliyyəti ilə bağlı dedikləri diqqət çəkib.
Paşinyan açıq şəkildə deyib: “Ermənistanda Ermənistan Respublikası hökumətindən başqa heç bir hökumət ola bilməz. Ermənistanda kimsə özünü hökumət kimi tanıdırsa, bu, milli təhlükəsizlik məsələsidir. Bu, sadə bəyanat deyil, aydın mesajdır və bu mesaj real həyatda ifadə olunmalıdır”.
Aydın məsələdir ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın Fransanın “Le Figaro” nəşrinə müsahibəsində mühacirətdə olan “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirdiyini deməsi Paşinyanı həm narahat edib, həm də qəzəbləndirib.
Paşinyan iclasda çıxışı zamanı bunları söyləyib: “Qarabağdan köçən bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər və addımlar atırlar, hansısa hakimiyyətin mühacirətdə olduğunu bəyan edirlər”.
Paşinyan yaxşı bilir ki, Şahramanyanın bu açıqlaması Azərbaycan tərəfini narazı salacaq. Rəsmi Bakı nə bu gün, nə də bundan öncə keçmiş separatçıları ciddiyə almayıb, onları bərabər səviyyəli tərəf kimi tanımayıb. Rəsmi Bakı bu və bu kimi məsələlərdə ancaq və ancaq Ermənistanı tərəf kimi görür. Yəni Paşinyan rəsmi Bakının beynəlxalq təşkilatlara, ya da elə Ermənistanın özünə separatçılara dəstək verməsi barədə şikayət edəcəyini bilir.
Paşinyan son zamanlar sülhə zərər vuracaq addımlardan çəkinir, Bakını narazı salacaq ehtimal addımlar ilə bağlı lazımi izahatı verir. Bütün bunlar müsbətdir, lakin Paşinyanın daha real addımlar atması lazımdır. Misal üçün, Samvel Şahramanyan və bu qəbildən olan şəxslərin həbs edilməsi vacibdir. Bu, Bakı nəzdində sülhə dəstək verəcək, habelə, etimad mühitini yaxşılaşdıracaq mühüm jest kimi qiymətləndirilə bilər.
Aydın məsələdir ki, Samvel Şahramanyanın bu qədər aktivləşməsi səbəbsiz deyil. Fransa erməni separatizmini “diriltməyə”, separatçıların beynəlxalq informasiya müstəvisinə çıxışını təmin etməyə çalışır. Paris məhz buna görə Şahramanyana ciddi dəstək verir.
Şahramanyan və separatizmin dirildilməsi məsələsi hazırda Paris ilə İrəvan arasında mübahisəli məsələyə çevrilib. Yuxarıda da qeyd etdiyim kimi, Ermənistan maksimum dərəcədə Bakını narazı salacaq və sülh prosesinə mane olacaq məqamlardan yayınmağa çalışır. Fransa isə iki ölkə arasında gedən sülh danışıqlarından məmnun deyil və açıq şəkildə pozuculuqla məşğuldur.
Paşinyan Şahramanyan ilə bağlı ciddi tədbir görərsə, daha dəqiq desək, onu həbs edərsə, bu, Paris ilə İrəvan arasında narazılığı artıracaq.
İrəvan seçim etməlidir: ya sülh gündəliyinə sadiq qalmalı, ya da Parislə münasibətləri korlamaq bahasına Şahramanyanı həbs etməlidir.
Turan Rzayev
MİA.AZ
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı