Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib

img

28-03-2024 [13:12]


“Əməkdar hüquqşünas”, Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, baş ədliyyə müşaviri Eldar Əfəndiyev vəfat edib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 74 yaşlı veteran prokurorun uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, hüquq elmləri namizədi olan E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib. Bundan sonra o, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA