Daha bir bankı əmlakları satışa çıxarıldı

img

28-03-2024 [12:41]


Aprelin 3-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə təkrar açıq hərraclar keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 525 min manat olan 252,6 kv.metrlik, dəyəri 505 min manat olan 251,8 kv.metrlik, dəyəri 542 min manat olan 2 ədəd 270,9 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 2,114 milyon manat təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR