Türkiyədə seçki: Ərdoğanın namizədi İzmirdə uduzacaq - Sorğu

img

27-03-2024 [00:16]


Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkilərinə günlər qala siyasi aktivlik pik həddə çatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın lideri olduğuAKP bu seçkidə istanbul, Ankara, Hatay, Antalya və digər iri şəhərlərlə yanaşı, İzmir Böyük Şəhər Bələdiyyə sədri postunu əzəli rəqibi CHP-dən geri almaq üçün bütün gücü ilə çalışır. Lakin seçki ilə bağlı aparılan son sorğular göstərir ki, AKP Ankara ilə İzmirdə birmənalı uduzacaq.

Məlumata görə, ASAL Araşdırma Mərkəzi CHP-nin tarixi qalası hesab olunan İzmir şəhərində sorğu keçirib.

Mərkəzin sorğu və təhlilinə əsasən, CHP-nin namizədi Cəmil Tuqay 45,5 faiz səslə bütün rəqiblərini qabaqlayaraq izmir Böyük Şəhər Bələdiyyə sədri vəzifəsinə sahiblənəcək: "AK Partiyanın namizədi Həmzə Dağın isə seçkidə 35,8 faiz səs toplayacağı proqnozlaşdıırılır. 

Beləliklə, serçkinin nəticıləri belə gözlənilir: 

45,5% - Cəmil Tugay (CHP)

35,8% - Həmzə Dağ (AKP)

6,9% - Ümit Özlale (İYİ)

5,3 % - Akin Birdal (DEM)

2.2% - Naşit Birgüvi (Zəfər)

1,2% - Cemil Arıkan (YRP)".

Xatırladaq ki, 2019 seçkilərində CHP-nin namizədi İzmirdən 58,1 faiz, AK Partiyanın namizədi isə 38,6 faiz səs toplayıb. 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR