İstanbul uğrunda savaş: İmamoğlu, yoxsa Kurum qazanacaq?

img

27-03-2024 [00:07]


Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkilərində sayılıı günlər qalıb. Bu seçkidə İstanbul bələdiyyə sədri vəzifəsi uğrunda mübarizəni bütün dünya izləyir..

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul bələdiyyə sədrliyinə namizədlər çox olsa da, əsas "savaş" hazırkı sədr, CHP-lı Əkrəm İmamoğlu ilə Ərdoğanın silahdaşı Murat Kurum arasında gedir.

Məlumata görə, seçkiyə 4 gün qalmış 9 məşhur araşdırma mərkəzi İstanbuldakı namizədlərin şansları ilə bağlı sorğu keçiriblər.

Türkiyə mətbuatı 9 fərqli mərkəzin keçirdiyi sorğu əsasında Əkrəm İmamoğlu ilə Murat Kurumun şanslarının yuvarlaq proqnozunu veriblər: "Proqnoza əsasən, İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyni yenə də Əkrəm İmamoğlu qazanacaq. İmamoğlu iqtidarın bütün basqı və arsenalını işə salmasına baxmayaraq, 2 faiz səslə AKP namizədi Murat Kurumu qabaqlayacaq. O, 41.9 faiz səslə 39.8 faiz səs qazanacağı proqnozlaşdırılan Murat Kurumu üstələyəcək.

Digər namizədlərin səs faizi isə belə olacağı gözlənilir:

Əkrəm İmamoğlu (CHP): yüzdə 41,9

Murat Kurum (AK Partiya): 39,8 faiz

Meral Danış Beştaş (DEM Partiyası): 4,5 faiz

Buğra Kavuncu (İYİ Partiya): 3,7 faiz

Mehmet Altınöz (Yenidən Rifah Partiyası): 3,5 faiz

Azmi Karamahmutoğlu (Zəfər Partiyası): 2,9 faiz

Digər namizədlər: 3,6 faiz".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR