Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
19-03-2024 [16:28]
Uşaq İnkişaf Mərkəzi və Lənkəran “Xəzər Palace” otel kompleksinin təşkilatçılığı ilə 21 mart - Beynəlxalq Daun Sindromu Gününə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə müxtəlif yaş qruplarını əhatə edən Daun sindromlu uşaqlar, onların valideynləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri və digər qonaqlar iştirak edib. Bildirilib ki, Daun sindromlu insanlara diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromu Günü” elan edib. Dünyada hər 700-1000 uşaqdan biri Daun sindromu ilə doğulur və bunun əsas səbəbi insanda normal 46 xromosom əvəzinə 47 xromosomun olmasıdır. Heç bir valideyn dünyaya Daun sindromlu uşaq gətirməkdən sığortalanmayıb və bu, əslində xəstəlik deyil, genetik fərqlilikdir. Azərbaycanda da 21 mart - Beynəlxalq Daun Sindromu Gününün qeyd edilməsi artıq ənənə halını alıb. Ölkəmizdə Daun sindromlu şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Tədbirdə çıxış edən valideynlər Daun sindromlu uşaqlara yaradılan şərait və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir uşaqlar üçün təşkil edilən konsert proqramı ilə davam etdirilib, müxtəlif oyunlara, şən klounların iştirakına yer verilib. Qonaqlar həmçinin Daun sindromlu uşaqların musiqili çıxışlarına, rəqslərinə tamaşa ediblər. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Lənkəran “Xəzər Palace” otel kompleksi Daun sindromlu uşaqlar üçün iki gün əyləncəli istirahət təşkil edib.
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR