İordan çayının qərb sahilində həbs olunanların sayı 7670 nəfərə çatıb

img

19-03-2024 [15:37]


İsrailin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 2023-cü il oktyabrın 7-dən bu yana başlatdığı həbslər davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin tarixdən bəri Qəzzadan kənarda olan bu bölgədə əsas göstərilmədən həbs olunanların sayı 7670 nəfərə yüksəlib.

Fələstin Əsirlər Dərnəyinin son məlumatına görə, bu gün İordan çayının qərb sahilində müxtəlif evlərə basqınlar həyata keçirilib: "Nəticədə aralarında fələstinli jurnalist Rola Hasaneyn və daha əvvəl sərbəst buraxılan keçmiş məhbusların da olduğu daha 15 fələstinli saxlanılıb"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR