İsrail Dəməşqi yenə bombalayıb

img

19-03-2024 [09:36]


İsrail Suriyanın paytaxtı Dəməşq və ətrafına raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriya xəbər agentliyi SANA məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 02.10-da Colan təpələri istiqamətindən hava hücumu ilə Dəməşq ətrafındakı bəzi nöqtələri bombalayıb: "Bəzi rakertlər havada zərərsizləşdirilsə də, bəziləri hədəfə dəyib. Nəticədə xeyli dağıntılar yaranıb..."

SANA ölın və yaralananlar haqqında informasiya verməyib.

İsrail rəsmiləri isə hücumla bağlı hələlik məlumat yaymayıb.

Suriya rejiminə yaxın sosial media hesablarından isə bildirilib ki, İsrail döyüş təyyarələri martın 17-də Kalamon bölgəsində bir çox nöqtəni bombalayıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR