Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə iştirak edib - FOTOLAR
18-03-2024 [09:01]
Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb.
Mia.az xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Özbəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla təşkil olunduğunu xatırladıb.
Bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu qeyd edən Anar Ələkbərov deyib: “Heydər Əliyev Mərkəzi hazırda beynəlxalq konfransların, sərgilərin keçirilməsi üçün platformaya çevrilib. Bu tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildirmək istərdik. Bu gün biz Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevanın və Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondunun sayəsində Heydər Əliyev Mərkəzində Özbəkistana həsr olunan birinci tədbiri keçiririk. Dünən “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı oldu. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan rəqsdir. Bildiyiniz kimi, gələn həftə Novruz bayramıdır. Bu bayram günlərində ziyarətçilərimiz həm bu gün açılan sərgi, həm də bu sərgi ərəfəsində Mərkəzdə Daniel Vürtzelin nümayiş etdirilən “Hava fontanı” instalyasiyası ilə tanış ola biləcəklər”.
Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva tədbirdə çıxış edərək Azərbaycanda olmaqdan və bu sərginin təşkilindən məmnunluğunu ifadə edib: “Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı böyük sərgi açılır. Bu sərgi təkcə dekorativ-tətbiqi sənət kolleksiyasını nümayiş etdirmir, həm də Özbəkistanın mədəni irsinin zəngin müxtəlifliyinin canlı şahidi, onun tarixi dərinliyinin və mədəni təkamülünün təcəssümüdür”.
Özbəkistan ilə Azərbaycan arasında bənzərsiz tarixi əlaqələrin mövcudluğunu qeyd edən Saida Mirziyoyeva vurğulayıb: “Hər iki dövlət çoxəsrlik tarixə və zəngin mədəni ənənələrə malikdir. Özbəkistanı və Azərbaycanı tarixdə, mədəniyyətdə və ənənələrdə çoxsaylı ortaq məqamlar birləşdirir. Hər iki xalq qonaqpərvərliyi, zəngin milli mətbəxi və tikmə, ağac üzərində oyma, keramika kimi nadir xalq sənəti irsinə sahibdir. Qoy bu böyük tədbir xalqlarımız arasında daha bir körpüyə, gözəllik və harmoniya ilə bağlı ortaq səylərimizin sübutuna çevrilsin”.
Çıxışlardan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” və “Kukla incəsənətdə” sərgiləri ilə tanış olublar.
Qeyd edək ki, xalça kolleksiyası səkkiz il ərzində ərsəyə gəlib. Qədim sənətə yeni nəfəs verən sərginin kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva”, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri bənzərsiz sənət nümunələri böyük maraqla qarşılanıb. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsilə ziyarətçilərə öz mesajlarını çatdırır.
“Kukla incəsənətdə” sərgisində isə 200-dən çox kukla nümayiş etdirilir. Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.
Daha sonra Mehriban xanım Əliyeva və Saida Mirziyoyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisinin rəmzi açılışını bildirən lenti kəsdilər və ekspozisiya ilə tanış oldular.
Məlumat verildi ki, Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 140-dan çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir. Dost ölkənin mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunan ekspozisiya XIX-XX əsrlərdə Özbəkistana xas sənətkarlığın dirçəlişini əks etdirir. Buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub.
“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi bir neçə bölmədən ibarətdir: kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdə əl ilə işlənmiş, əsasən gül və ulduz motivlərinin üstünlük təşkil etdiyi dekorativ tekstil - suzani nümunələrinin nümayiş olunduğu tikmə bölməsi, Səmərqənd, Buxara və Qaraqalpaqstandan olan qədim ustaların gümüşdən, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölməsi.
Tədbirdə Özbəkistanın milli musiqisi səsləndirilib.
Bakı sakinləri və paytaxtımızın qonaqları Heydər Əliyev Mərkəzində sərgi ilə iyulun 1-dək tanış ola bilərlər.
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"