79 yaşlı məşhur aktyora cəza verildi - Zorlama ittihamı ilə 

img

15-03-2024 [17:46]


Dünyaca məşhur "Squid Game" serialında rol alan 79 yaşlı məşhur aktyor haqqında məhkəmə qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Oh Young-soo cinsi təcavüz ittihamı ilə bu gün hakim qarşısına çıxarılıb.

Məhkəmə onu 8 ay həbs cəzasına məhkum eləsə də, cəzanın icrası qeyri-müəyyən müddətə təxirə salınıb.

Məhkəmədə ifadə verən məşhur aktyor isə 2017-ci ildə bir teatr tamaşası üçün kənddə olduğu zaman razılığı olmadan bir qadını qucaqlayıb öpməsi barədə iddiaları rədd edib. O, 3 il sonra, daha dəqiqi, 2022-ci ildə dünya mətbuatına sızan xəbərə görə məhkəməyə verilməsi ilə razılaşmadığını deyib: "Mən ölkəm Cənubi Koreyada belə bir ittihamla qarşılacağımı xəyal edə bilməzdim. Zorakılığa guya məruz qaldığını iddia edən qadından başqa da şahid və dəlillər yoxdur. Ancaq bununa belə, yaşımla bağlı belə bir ittihamla bağlı məhkəməyə gəlmək mənim üçün çox ağırdır. Özümü həyatımı məhv olmuş kimi hiss edirəm. Sizdən xahiş edirəm ki, ağıllı və ədalətli qərar verəsiniz...".

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR