Konfrans Liqası: "Fənərbağça" 1/4 finala yüksəldi

img

14-03-2024 [23:39]


UEFA Avropa Konfrans Liqasının ilk oyununda səfərdə  Belçikanın “Union Saint-Gilloise” komandasına qalib gələn "Fənərbağça" bu gün evində cavab qarşılaşmasında uduzub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qonaqlar ikinci hissədə - 68-ci dəqiqəqə Rasmussenin qolu ilə matçdan qalib ayrılsa da, iki oyunun nəticəsinə əsasən 3-1 qalib gələn İstanbul komandası növbəti tura adını yazdırıb.

"Fənərbağça"nın rəqibi sabahkı püşkatmada müəyyənləşəcək.

Xatırladaq ki, komandalar meydana aşağıdakı heyətlə çıxmışdı: 

"Fənərbağça": İrfan Can Eğribayat, Osayi, Djiku, Oosterwolde, Ferdi, İsmail, Fred, Szymanski, İrfan Can Kahveci, Ryan Kent, Batshuayi.

"Union Saint Gilloise": Lindner, Terho, Montes, Vanhoutte, Machida, Lapoussin, Amani, Rasmussen, Sadiki, Nilsson, Eckert.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq