Muslera Fatih Terimin komandasına gedir? - İddia

img

14-03-2024 [22:12]


"Qalatasaray"ın 13 illik qapçısı Fernando Muslera mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə qardaş ölkənin "Fanatik" nəşri yazıb.

Nəşr iddia edib ki, Muslera mövsümün sonunda "Qalatasaray"dan ayrılmağa hazırlaşır: ""Panatinaikos"un baş məşqçisi Fatih Terim Fernando Musleranı komandasına dəvət edib. Musleranın "ata" kimi hörmət elədiyi Fatih Terimin təklifindən imtina edəcəyi mümkün deyil".

Xatırladaq ki, 37 yaşlı Fernando Muslera 11 avqust 2011-ci ildə İtaliyanın "Latsio" komandasından 6,7 milyon avroya "Qalatasaray"a transfer olunub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq