TFF rəhbəri UEFA prezidenti ilə görüşüb

img

14-03-2024 [18:48]


Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi UEFA prezidenti Aleksander Ceferin ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Bildirilib ki, İstanbulda keçirilən görüşdə Büyükekşi və Ceferin gündəmdəki məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyənin İtaliya ilə birgə ev sahibliyi çərçivəsində təşkil edəcəyi 2032-ci il Avropa Futbol Çempionatı (AVRO 2032) üçün görülən işlər barədə məlumat alan Aleksander Ceferin prezident Büyükekşi ilə UEFA-nın digər oyunlarının Türkiyədə keçirilməsi imkanlarını dəyərləndirib. .

Bununla belə, Mehmet Büyükekşi və Aleksander Çeferin də 2024-cü il Avropa Çempionatı hazırlıqları çərçivəsində Türkiyə yığmasınn 22 martda Budapeştdə Macarıstanla keçirəcəyi yolaşlıq oyununu birlikdə izləməyə qərar veriblər.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq