"Biabırçı hadisələr gözlənilir” - Bakıda iş adamına qarşı üsyan yetişir

img

23-06-2014 [18:35]


"4 aydır maaş və mükafatları almırıq. Hafiz Məmmədov bizə ayın 22-ə qədər vaxt verdi ki, gözləyin. Bu gün yenə zəng elədik. Qardaşı Zeynal Məmmədov dedi ki, pul yoxdur və olmayacaq”.
 
Bu barədə Axar.az-a Hafiz Məmmədovun sahibi olduğu "Bakı” futbol klubunun məşqçi korpusundan adının çəkilməsini istəməyən şəxs bildirib. 

Onun dediyinə görə, futbolçular sabah yenidən Hafiz Məmmədova sonuncu dəfə müraciət edəcəklər. Müraciətlərinə cavab verilməyəcəyi halda son şikayət ünvanı UEFA olacaq.
 
Xatırladaq ki, Hafka ləqəbli iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Bakı” futbol klubunda 4 aydır ki, futbolçu və məşqçilər əmək haqları və mükafatlarını ala bilmirlər.
 
Mənbənin bildirdiyinə görə, "Bakı”nın futbolçuları pulsuz qaldığı halda Məmmədovun bir ingilis klubunu 58 milyon avroya alması onları qəzəbləndirib.
 
"Onlar sabahacan vaxt verdilər. Yoxsa, "Bakı"da biabırçı hadisələr gözlənilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA