İngilislər "Qalatasaray"ın iki oyunçusunu geri qaytarır - 47 milyon avro zərər var

img

14-03-2024 [12:59]


Ötən mövsüm İngiltərə komandalarına satış şərti ilə icarəyə verilən Nikolo Zaniolo və Yunus Akgün "Qalatasaray"a geri göndərilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əgər mövsümün sonuna qədər ingilis komandaları müqavilədəki şərtdən yararlanmasa, o zaman  hər iki futbolçu sezon sonunda "Qalatasaray"a dönəcəklər.

Türkiyə mətbuatı yazır k, "Aston Villa"ya 5 milyon avroya icarəyə verilən Zaniolo müqavilə şərtinə görə əgər 20-dən çox oyunda ilk 11-likdə meydana çıxarsa, o zaman məcburi satın alma şərti qüvvəyə minəcək və İstanbul klubu bundan 38 milyon avro qazanc əldə edəcək: "Ancaq məsələ budur ki, ingilislər indiyədək italyan qolçunu cəmi 11 oyunda meydana salıblar. Böyük ehtimalla da o, bu şərti tamamlaya bilməyəcək".

500 min avroya icarə əsasında "Lester Siti"yə icarəyə verilən Yunus Akgündə də vəziyyət oxşardır: "9 milyon avroluq satınalma variantı olan Yunus da hələlik müqavilə şərtlərinə uyğun sayda meydanda yer almayıb. Hər iki ingilis klubu yerli oyunçulara üstünlük verməklə, onların tələb olunan kvotanı aşmasını bilərəkdən əngəlləyir. Bu isə "Qalatasaray"ın qarşıdakı mövsüm üçün həm heyətindı sıxlıq yaradacaq, həm dəı ümumilikdə 47 milyon avro zərərə düşməsi demək olacaq .."

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq