Prezident İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul edib - FOTOLAR (YENİLƏNİB)
GÜNDƏM
14.03.2024, 13:20
Prezident İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib.
Mia.az xəbər verir ki, Qay Rayder BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını BMT Baş katibinə çatdırmağı xahiş edib.
COP29-un ölkədə keçirilməsi münasibətilə təbriklərini çatdıran qonaq BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə və ölkə ilə işləməyə hazır olduğunu deyib.
Dövlət başçısı buna görə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan ilə BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir.
Azərbaycanın sədrlik etdiyi COP29-un builki gündəliyinin iqlim maliyyələşməsi mövzusuna həsr olunduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu və digər mövzularda COP-un gündəliyinin irəli aparılması üçün səylərini əsirgəməyəcək. Belə ki, ölkənin müxtəlif beynəlxalq təsisatlarda fəal üzvlüyü, Qoşulmama Hərəkatında uğurlu sədrliyi bunun üçün yaxşı imkan və fürsət yaradır.
Qay Rayder BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda “Summit of the future” - “Gələcəyin Sammiti” devizi ilə keçiriləcək tədbirlə bağlı məlumat verib. Söhbət zamanı BMT Baş Assambleyasının qarşıdan gələn gündəliyi ilə bağlı müzakirələr aparılıb. Dövlət başçısı bildirib ki, Azərbaycan BMT-nin davamlı inkişafa aid gündəliyinin irəli aparılmasında fəal üzvlərdən biri kimi bundan sonra da öz dəstəyini və töhfələrini verəcək.
Görüşdə Azərbaycanın 2026-cı ildə BMT sistemində ən vacib tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi edəcəyi xüsusi vurğulanıb.
Söhbət zamanı XI Qlobal Bakı Forumunun dünya gündəliyində duran məsələlərinin müzakirəsi baxımından rolu qeyd edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Qalatasaray"ın hücumçusunun burunu qırılıb
Bugün, 00:27 İDMAN
-
ƏRDOĞANIN DAHA BİR MÜAVİNİ İSTEFA VERDİ: "Qaldı oğlum haqqında iddialara..."
Bugün, 00:04 SİYASƏT
-
Rəsmi Tehrandan iddialı bəyanat: "ABŞ-ın dəniz blokadasını yarmağa qərarlıyıq"
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
24.11.2026, 23:49 GÜNDƏM
-
Çempionlar Liqası: "Qalatasaray" "Aston Villa"ya qalib gəldi (Yenilənib)
24.11.2026, 23:34 İDMAN
-
Heydər Əliyev Fondunun vitse-prezident Mərkəzi Nəbatat bağında - FOTOLAR
24.11.2026, 22:06 GÜNDƏM
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - 5 hərbçi həlak olub + FOTOLAR
24.11.2026, 21:49 GÜNDƏM
-
Səhiyyə naziri özünə yeni müşavir götürüb - O, kimdir? + FOTO
24.11.2026, 20:30 CƏMİYYƏT
-
Dubay-Bakı reysindən gələn sərnişinlərlə gömrükçülər arasında gərginlik olub - SƏBƏB?
24.11.2026, 20:12 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ oldu - 4.6 bal gücündə
24.11.2026, 19:09 GÜNDƏM
-
ÇL: "Qalatasaray" - "Aston Villa"nı devirə bilərmi? - Süni intellekt platformalarının proqnozları
24.11.2026, 18:53 İDMAN
-
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə bir arada: "Bunlar hər iki ölkə üçün ciddi çağırışlardır"
24.11.2026, 18:47 SİYASƏT
-
Türkiyə parlamentinin keçmiş sədri vəfat etdi
24.11.2026, 18:44 GÜNDƏM
-
Azərbaycanla Gürcüstan arasında 18 yeni sənəd imzalanacaq
24.11.2026, 18:20 GÜNDƏM
-
Dövlət Xidməti: "Səbaildə memarlıq abidəsinin birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verilib"
24.11.2026, 18:03 CƏMİYYƏT
-
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - Bakıda
24.11.2026, 17:52 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı - Hansı məsələlər müzakirə olunacaq? - SİYAHI (Yenilənib)
24.11.2026, 17:37 GÜNDƏM
-
Dövlət Miqrasiya Xidməti rəisinin 10 il əvvəlki şəkili...
24.11.2026, 17:21 CƏMİYYƏT
-
Şəfa və fədakarlıq nümunəsi: Hikmət həkim... - FOTOLAR
24.11.2026, 17:15 CƏMİYYƏT
-
Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı
24.11.2026, 17:09 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
24.11.2026, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - Nələr müzakirə olunub?
24.11.2026, 16:56 GÜNDƏM
-
RUSİYA UKRAYNA MÜHARİBƏSİ SƏRHƏDLƏRİ AŞDI - Savaşın Aralıq dənizinə sıçraması nə vəd edir? (TƏHLİL)
24.11.2026, 16:45 GÜNDƏM
-
Gəncənin baş həkimi və şöbə müdiri vəzifədən azad edildi
24.11.2026, 16:35 CƏMİYYƏT
-
"O, ağır depressiyaya düşüb və..." - Ramiz Mehdiyevin kürəkəni və oğlu Əli Kərimlinin məhkəməsində!
24.11.2026, 16:24 GÜNDƏM
-
Hava ilə bağlı daha bir - Xəbərdarlıq
24.11.2026, 16:14 CƏMİYYƏT
-
NAZİRLİYİN RƏSMİ SAYTINA GİRİŞ MƏHDUDLAŞDIRILIB - Pulsuzluğa görə 291 gündür sertifikat yenilənmir (FOTO)
24.11.2026, 16:07 İQTİSADİYYAT
-
Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
24.11.2026, 16:00 İDMAN
-
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
24.11.2026, 15:50 SİYASƏT
-
Şəkərli diabet xəstələri barədə yeni qərar verildi
24.11.2026, 15:46 GÜNDƏM
-
Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib - DETALLAR
24.11.2026, 15:21 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir - Yenilənib
24.11.2026, 15:08 CƏMİYYƏT
-
Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşüb
24.11.2026, 15:01 GÜNDƏM