Çempionlar Liqası: "Atletiko Madrid" "İnter"i penaltilərlə "yıxdı", "Borussiya Dortmund" isə...

img

14-03-2024 [09:31]


Çempionlar Liqasının 1/8 finaında "İnter"i qəbul edən Madridin "Atletiko" komandası çətin qələbə qazanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Atletiko Madrid" "İnter" komandasını 1:0 hesabı ilə uduzduğu matçın revanşında evində qəbul edib.

Oynun 33-cü dəqiqəsində Simone İnzaqinin baş məşqçisi olduğu "İnter" Federiko Dimarkonun qollu ilə 1-0 önə keçib.

“Atletiko Madrid” 2 dəqiqə sonra fransız ulduz Antuan Qrizmannın qolu ilə tarazlığı bərpa edib: 1-1.

Memfis Depay 87-ci dəqiqədə "İnter"i yenidən önə çıxarıb - 2:1. 

Bununla da ümumi hesab 2-2 olduğundan əlavə vaxt təyin olunub. Əlavədə hesab dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib.

Penaltilərdə isə Madrid komandası üstün olub - 3:2.

Beləliklə, "Atletiko" rəqibini 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. 

Onu da qeyd edək ki, "İnter"də çıxış Türkiyə millisinin  futbolçusu Hakan Çalhanoğlu penaltini dəqqi yerinə yetirib.

Bu turun digər oyununda isə Almaniyanın "Borussiya Dortmund" komandası 1:1-in cavab oyununda Niderlandın PSV komandasına 2:0 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb. 

Beləliklə, "Mançester City", "Real Madrid", Bavariya", PSJ, "Arsenal", "Barselona", ​"​Borussia Dortmund "və "Atletico Madrid" UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə alıb.

1/4 və yarımfinal oyunlarının püşkü 15 mart da atılacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq