İordan çayının qərb sahilində daha 10 fələstinli həbs olunub - Biri qadındır

img

14-03-2024 [00:32]


İordan çayının qərb sahilində daha 10 fələstinli həbs olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi hesabat yayıb.

Bildirilib ki, İsrail qüvvələrinin İordan çayının qərb sahilində basqınları davam edir: "Son sutkada İsrail hərbçiləri Tubas, Ramallah, Cenin və Hebron şəhərlərində biri qadın olmaqla daha 10 fələstinli həbs edib. Onların hara aparıldığı bəlli deyil".

Məlumatda o dfa deyilir ki, bununla da 7 oktyabr 2023-cü ildən  bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə həbs olunan fələstinlilərin sayı 7565-ə çatıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA