"Qalatasaray" Musleraya daha bir il üçün 2.5 milyon avro təklif edib - Uruqvaylı qapşı isə getmək istəyir

img

14-03-2024 [00:13]


"Qalatasaray" klubunun rəhbərliyi mövsüm bitməmiş komandanın qapçısı, eyni zamanda, kapitanı Fernando Musleranı ilə müqaviləni yeniləmək istəyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təcrübəli qolkiper isə 13 il formasını geyindiyi komanda ilə baölı qərarını hələ verməyib.

Türkiyə mətbuatı yazır ki, rəhbərlik 37 yaşlı qolkiperlə ən azı 1 il daha davam etməyi hədəfləyir: "Ailəsi artıq Uruqvaya gedən Muslera ilə danışıqlar davam edir. Övladlarının təhsilini ölkəsində davam etdirmək istəyən təcrübəli qolkiper isə bu səbəbdən yol ayrıcında qalıb. O, klubun yenə də illik 2,5 milyon avro maaş qarşılığında dhaa bir il qapıda dayanmaq təklifinə hələlik cavab verməyib".

Xatırladaq ki, Fernando Muslera "Qalatasaray"ın heyətində 13 mövsümdə 498 matça çıxıb. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq