Baş nazir SOS verdi: "Rusiya Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır"

img

13-03-2024 [18:12]


"Rusiya Qərblə uzunmüddətli müharibəyə hazırlıq görür".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion iddianı Finlandiyanın baş naziri Petteri Orpo Avropa Parlamentinin (AP) Baş Assambleyasında Avropanın gələcəyi ilə bağlı sessiyada çıxışında səsləndirib.

Ukraynadakı müharibədən söz salan Orpo deyib: "Mən deyirəm və bilirəm  ki, bu gün Ukraynaya xərclənən hər avro əgər Rusiya qalib gələrsə, alternativ xərclərlə müqayisədə müayisıə olunmayacaq. Bu səbəbdən Ukraynaya dəstək daha da artırılmalıdır. Rusiya açıq şəkildə Qərblə uzunmüddətli münaqişəyə hazırlaşır. Bu, Avropa üçün daimi hərbi təhlükə yaradır. Əgər biz vahid Avropa olaraq buna adekvat cavab verməsək, qarşıdakı illər təhlükələrlə və yaxınlaşan hücum təhlükəsi ilə dolu olacaq. Biz hər şeyə vaxtında cavab verməliyik".

Finlandiyanın Rusiya ilə 1300 kilometrdən çox sərhədi olduğunu xatırladan baş nazir qeyd edib ki, NATO-ya üzv olmaq qərarını ciddi təhlillərdən sonra veriblər: "Qonşu İsveçi də Alyansın tərkibində görməkdən xoşbəxik. Avropa müdafiə sənayesini gücləndirməli, sərhədlərini gücləndirməli, bürokratiyanı azaltmalı, davamlı maliyyə siyasətləri həyata keçirməli, əmək bazarında islahatlar aparmalı və yeni ticarət müqavilələri bağlamalıdır".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR