Akif Çovdarovun müsadirə olunmuş əmlakları... - 30 milyonluq mülk davası üzrə proses təxirə salındı

img

13-03-2024 [11:38]


Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun müsadirə olunmuş əmlakları ilə bağlı məhkəmə iclası təxirə salınıb.

Mia.az Report-a xəbər verir ki, kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda baxılmalı idi.

Qeyd edək ki, ötən il sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sabiq generalın 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib.

Xatırladaq ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra o, general-mayor rütbəsindən də məhrum edilib, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA