Qırmızı bülletenlə axtarılan İŞİD üzvləri tutulub - Türkiyədə

img

12-03-2024 [18:09]


Türkiyədə Qırmızı bülletenlə axtarılan İŞİD üzvləri tutulublar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Çorum valiliyi açıqlama yayıb.

Valilikdən bildirilib ki, həyata keçirilən əməliyyatlarla şəhərdə 2-si qırmızı bülletenlə axtarışda olan 3 terrorçu yaxalanıb: "Araşdrımalarla onların İŞİD üzvləri olduqları dəqiqləşib və müxtəlif vaxtlarda münaqişə bölgələrində qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərdikləri müəyyən olunub".

Hazırda istintaq tədbirləri davam edir.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA