Həkimləri lüt soyundurub 2 saat saxlayıblar: "Başını qaldıranı vururdular..." - FOTO

img

12-03-2024 [17:28]


Qəzzada xəstəxanada əməliyyat keçirən İsrail əsgərləri həkimlərə işgəncə veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, döyülən, gözləri bağlanan və soyunmağa məcbur edilən tibb işçilərindən bəziləri azad olunduqdan sonra isə açıqlama veriblər.

Onlar İsrail əsgərləri tərəfindən Qəzzanın cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasına basqınla saxlandıqlarını deyiblər: "Bizdən HƏMAS-ı və israilli girovların yerlərini tələb edirdilər. Onlar bizi soyunmağa və diz çökməyə məcbur elədilər. başımızı qaldırmağa belə imkan vermirdilər. qaldırankimi vurur, təhqir edirdilər...".

Həkim Əhməd Əbu Sabha saxlanıldıqdan sonra bir həftə həbsdə qaldığını bildiirb: "İsrail əsgəri həmin vaxtı bilərəkdən əlimi qırdı...".

BBC bu iddialarla bağlı İsrail Müdafiə Qüvvələrinə müraciət edib, lakin cavab ala bilməyib. 

Tahir Şəlvəli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq