AFFA bu kluba texniki məğlubiyyət verib

img

12-03-2024 [15:45]


AFFA İntizam Komitəsi “Record club” futzal komandasına texniki məğlubiyyət verib.

Mia xəbər verir ki, buna klubun "Baku Fire" ilə görüşdə meydana çıxmaması səbəb olub.

Yüksək Liqa təmsilçisi 0:5 hesablı texniki məğlubiyyət alıb.

Futbol üzrə Yüksək Qızlar Liqasında isə "Şəmkir" kollektivi eyni halla üzləşib. Bölgə klubunda “Araz-Naxçıvan”la matçda protokolda qeyd olunmuş oyunçu əvəzinə başqa klubda qeydiyyatda olan futbolçu oynayıb. Buna görə "Şəmkir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq