İmamoğlu pul qalmaqalı ilə bağlı səssizliyini pozdu: "Seçkiyə 20 gün qalmış siyasi hay-küy salmağa çalışanlar..." - FOTOLAR

img

12-03-2024 [13:59]


İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ən yaxın adamlarından olan İstanbul Böyükşəhər Bələdiyyəsi İdman Klubu başçısı Fatih Keleşin böyük məbləğdə pul sayarkən gizli görüntüyə alınmış videosunun yayılması böyük müzakirələrə səbəb olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Əkərm İmamoğlu bu video və onun ətrafında düzəldilən şounu seçki təxribatı sayıb: “Seçkiyə 20 gün qalmış 4.5 il bundan əvvəl bir hüquq bürosunda çəkilən görüntü topluma saxta təqdimatla servis olunub.  Çox dəyərli siyasi yol yoldaşım da İstanbul CHP rayon təşkilatı üçün alınan qərargahın satınalma prosesində görüntülənib. O görüntü üzərində siyasi hay-küy salmağa çalışanların ağlı problemi var. Bəziləri "burdan Əkrəmə nə sıçrayacaq, geridə nə ləkə qoyacağıq" anlayışı ilə bunu edir, kanallarda hardansa "Əkrəmə palçıq sıçratmağa" çalışanlar bu cür yaramaz oyunlara alışıblar. Bu adamları insanların haqqını qəsb edən, belə çirkli oyunlarla seçkilərdə qalib gəlməyə çalışan insanlardır. Allah ölkəmizi və məni bu insanlardan qorusun. Əkrəmi belə oyunlarla qorxudacaqlarını düşünürlər. Mümkün deyil, görəcəksən”.

Xatırladaq ki, görünütülərin yayılmasından sonra İstanbul prokurorluğu rəsmi araşdırmaya başlayıb.

CHP isə bəyanat yayaraq, 2019-cu ildə partiya qərargahı üçün alınan pulun belə saxta təqdimatını yolverilməz sayıb. Partiya daha sonra həmin pulla bağlı rəsmi akt və digər sənədlərin surətini də paylaşıb.

Tahir Şəlvəli 

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR