“Bahar Enerji Əməliyyat Şirkəti” «Hafka»dan alındı

img

23-06-2014 [15:11]


Son vaxtlar Azərbaycandakı biznesi ciddi təhlükədə olan «Hafka» ləqəbli tanınmış iş adamı Hafiz Məmmədov növbəti gözlənilməz zərbə alıb.

Biznes dairələrinə yaxın olan etibarlı mənbədən saytımıza verilən məlumatda bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun biznes imperiyasına daxil olan və onun ortağı, "Hafka” kimi tanınan iş adamının birbaşa idarəçiliyində olan "Bahar Enerji Əməliyyat Şirkəti”ndə bu gün yekun təhvil-təslim prosesi aparılıb. Bu gəlirli şirkətin Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin nəzarətinə keçdiyi deyilir. «Hafka»nın əslən iranlı olan Əmir adlı müavinin də şirkətlə birdəfəlik vidalaşdığı bildirilir.
Azinform.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA