Əli Həsənov İRƏLİ-nin konfransında gəncləri qınadı

img

27-06-2014 [13:10]


Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov İRƏLİ-nin 4-cü konfransında çıxış edib.

O, çıxışında İRƏLİ-çilərə uğurlar arzulayıb: "Ümid edirəm ki, bu seçkilər həyatınızda dönüş nöqtəsi olacaq və təşkilat indiqəyə qədər bütün gördüyü işlərə yenidən baxacaq. İRƏLİ hər zaman kreativliyi ilə seçilib".


Əli Həsənov çıxış edən İRƏLİ üzvlərini Heydər Əliyev kursuna bir qədər biganə qalmaqda qınadı: "Heydər Əliyevin yaratdığı ən birinci institut Azərbaycan dövlətidir. Görürsünüz bir qədər etinasızlıq etdiniz, dərhal Heydər Əliyevin yaratdığı institutlardan birinin rəhbəri Seymur Orucov narahatlığını ifadə etdi. Bu gün müəyyən şəbəkələr var ki, bəzi gənclər onların təsirinə düşüb, onlardan prezidentə, dövlətə qarşı istifadə edirlər. Sizin bir ayağınız İRƏLİ-də olsa da, bir ayağınız arxada qoşsun. Onlardan uzaq durmayın içərilərinə girin. Onlarla dialoq qurun. Onları inandırın ki, bu yoldan çəkinsinlər. Onların niyə incidiklərinin səbəblərini araşdırın".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA