Mərakeş 6 hərbi təyyarə ilə Qəzzaya yardım çatdırıb

img

12-03-2024 [08:59]


Mərakeş Qəzzaya havadan paraşütlərlə humanitar yardım çatdırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mərakeş mətbuatı yazıb.

Bildirilib ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağına Mərakeş ilk dəfə təyyarədən paraşütlərlə yardım atıb.

Mərakeşdəki "Hespress" saytı yazır ki, rəsmi rabat İsrail Xarici İşlər Nazirliyindən Qəzzanın şimalına yardım etməklə bağlı məlumat verib: "Bu tələb İsrail tərəfindən müsbət qarşılanıb. Bundan sonra İsrail hökuməti ilə koordinasiyalə şəkildə Mərakeş Silahlı Qüvvələrinə aid 6 yardım dolu hərbi təyyarə Qəzzanın hava məkanına buraxılıb"

Yardımın nədən ibarət olması haqda isə informasiya verilməyib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq