İsrail Məscidül-Əqsaya açılan qapılardan birini bağlayıb - 275 yəhudi məscidə basqın edib

img

11-03-2024 [23:13]


İsrail Məscidül-Əqsaya açılan qapılardan birini -  Aslan (Esbat) qapısını tikanlı məftillərlə bağlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qüds Qubernatorluğu məlumat yayıb.

Açıqlamaya görə, 1967-ci ildən bəri ilk dəfə Esbat darvazasını əhatə edən divarlara tikanlı məftil çəkilib: "Bu, çox təhlükəli hadisədir".

Qüds valiliyi onu da bildirib ki, Ramazan ayının ilk günündə 275 yəhudi İsrail hərbçilərinin müşayiəti ilə Məscidül-Əqsaya basqın edib.

Xatırladaq ki, İsrail 1967-ci ildə Şərqi Qüdsü ələ keçirdikdən sonra Məscidül-Əqsanın Əl-Məğəribə qapısını bağlayıb. Bu səbəbdən Esbat qapısının əhəmiyyəti daha da artıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq