"Dağdan enmə çobanam" deyən şəxs Ərdoğanın namizədini "divara dirədi": "İnsanlara iş, aş, pul lazımdır..." - "O qədər yalan vədlər veribsiniz ki..."

img

11-03-2024 [16:35]


Prezident Ərdoğanın lideri olduğu AKP-nin Ankara Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Turqut Altınokun Ankarada seçki kampaniyası çərçivəsində "Mikroavtobus Sürücüləri" Həmkarlar İttifaqının üzvləri ilə görüşdə maraqlı hadisə baş verib.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, tədirdə özünü "çoban Emin İnce" kimi təqdim edən şəxs AKP namizədini "divara dirəyib":

"Burada ən savadsız və mədəniyyətdən uzaq adamı mənəm. "Dağdan enmə" deyirlər ha, bax, o mənəm. Əgər bu gün  hər yerdə Mənsur Yavaşdan (CHP-nin namizədi - Mia.az)  danışılırsa, səbəb sizsiniz. Çünki indiyədək heç biriniz vədinizə əməl etmədiniz. Bu gün insanlara iş lazımdır, yemək lazımdır, pul lazımdır. Mən burada sizinlə davam etmək istəmirəm, müzakirə aparmaq istəyirəm. Özüm də AKP-liyəm. Ancaq AK Partiyalı nazirlər, millət vəkilləri, əyalət başçıları, millət vəkilləri, təşkilat sədrləri o qədər yalan vədlər veriblər ki.... Ona görə camaat sizə inanmır. Siz camaatı inamıszlığını aradan qaldırmalısınız. Yoxsa aprelin 1-i səhəri məğlubiyyətlə oyanacaqsınız”.

Lamiyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq