BMT Baş katibi: "Ramazan atəşkəs üçün fürsət ola bilər" - "Həqiqət budur ki, fələstinlilər kollektiv cəzalandırılır"

img

11-03-2024 [14:32]


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İtaliyanın "Nove" televiziyasına maraqlı müsahibə verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qəəzza ilə bağlı dünyaya mühüm mesaj verib.

İsrailin Qəzzaya hücumunu amansız sayan  Quterreş bildirib ki, Netanyahu hökuməti HƏMAS-a deyil, bütün fələstinilərə qarşı savaşır: "Qəzzada müharibədə ən yüksək bədəli mülki şəxslər ödəyir. Bu aydındır. Digər yandan görünən odur ki, İsrail savaşın HƏMAS-a qarşı olduğunu desə də, əslində fələstinliləri kütləvi, kollektiv cəzalandırır. Bu, artıq təkzib olunmazdır. Biz İsrailə "artıq yetər" deyirik. Qəzzada humanitar atəşkəs olmalı, böğlgəyə yarımlar artırılmalıdır. Ramazan ayı buna nail olmaq üçün çox yaxşı fürsət ola bilər".

Baş katibi bildirib ki, Ramazan ayında Qəzzanın davamlı bombalanması İslam dünyasına “inanılmaz təsir" göstərə bilər.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR