Arda Gülər ​​"Real"da ilk qolunu vurub

img

11-03-2024 [00:14]


"Real Madrid" İspaniya La Liqasının28-ci turunda səfərdə "Celta Vigo"nu darmadağın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, türkiyəli 18 yaşlı Arda Gülərin formasını geyindiyi "Real" rəqibinə qalib gəlib - 4-0.

Bu oyunda son nöqtəni isə sona yaxən oyuna daxil olan Türkiyə yığmasının oyunçusu Arda Gülər ​qoyub.

Belə ki, "Real Madrid"-də ilk qola 21-ci dəqiqədə Vinçius Junior, 2-ci qola 79-cu dəqiqədə avtoqlla "Selta"nın futbolçusu Visente Quayta, 3-cü qola 88-ci dəqiqədə yenə avtoqolla Karlos Dominqes və nəhayət, 4-ü qola 90-cı dəqiqədə Vinisiusun yerinə meydana girən və cəmi 4 dəqiqə sonra Arda Gülər imza atıblar

Bu qələbə ilə La Liqada 69 xalla liderliyini qoruyan "Real Madrid"i həftəni qələbə ilə bitirən ən yaxn izləyiciləri "Jirona" 7 və "Barselona" isə 8 xal qabaqlayır.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq