"Fənərbağça" rəqibi darmadağın edib - 2 qırmız kart, 5 qol

img

11-03-2024 [00:01]


Türkiyə Super Liqasının 29-cu turunda "Siltaş Yapı Pendikspor"u qəbul edən "Fənərbağça" rəqibinə aman tanımayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gərgin keçən oyunda hesabı "Pendikspor" açıb.

30-cu dəqiqədə Halil Akbunar qola imza atıb - 0:1.

İkinci hissəyə sürətlə başlayan “Fənərbağça” 59-cu dəqiqədə hesaba tarazılıq gətirib - 1:1.

71-ci dəqiqədə Velinton qırmızı vərəqə alması 10 nəfərlə qalan "Pendikspor"u çətin vəziyyətə salıb.

"Fənərbağça" bundan sonra təzyiqi daha da artırıb və 85-ci dəqiqədə Mişi Batşuayinin penalti zərbəsi ilə hesab dəyişib - 2:1.

Lusamba 90+1-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra 9 nəfərlə "pendikspor" 90+5 Ferdi Kadıoğlu, 90+9 dəqiqədə isə İrfan Can Kahvecinin qoları ilə fərqi 4-ə çatdırıb - 4:1.

Bu qələbə ilə İsmayıl Kartalın yetirmələri xalını 76-ya yüksəldib. "Pendikspor" 26 xalla qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq