"Qarabağ"lı futbolçular Mia.az-a danışdı - Xanımlara 8 Mart mesajı (VİDEO)

img

09-03-2024 [09:57]


"Qarabağ"- "Bayer" oyunundan əvvəl sosial şəbəkələrdən başlayan həyəcan və çoşgu dalgasına xanımlar da qoşulmuşdu.

Martın 7-nə təsadüf edən qarşılaşmada "Qarabağ"ən zəfərini 8 Mart hədiyyəsi hesab edən xanımlar həmçinin stadionda da həmişəkindən daha çox gözə dəydilər.

Oyundan sonra klubun baş məşqçisi Qurban Qurbanov mia.az saytının sualına açıqlamasında xanımların futbola marağının artmasının xoş təəssürat yaratdığını dilə gətirdi.

Maraqlıdı ki, xanımlarımız həmin gün oyunu stadionda izləməkçün ailə üzvlərindən 8 Mart hədiyyəsi olaraq oyuna bilet istəyiblər. Eyni zamanda, məlum olub ki, futbol oyunları xanımlar üçün artıq o qədər də sıxıntılı deyil.

Bir çox xanım "kişilər söyüş söymür və bizim yanımızda siqaret çəkməməyə çalışırlar", - deyə vurgulayıb.

Sosial şəbəkə istifadəçi olan xanımlardan biri hətta "iPhone", yoxsa oyuna bilet",- desələr, düşünmədən "bilet" deyərəm",- deyə bildirib.

Bəziləri təklif edib ki, oyun günü stadiona gül ilə gəlsinlər və xanımları qələbə münasibətilə elə oradaca təbrik etsinlər. Oyun bərabərliklə bitsə də, "Qarabağ "ın əzmkar oyunu ilə vurulan 2 qolun sevinci hələ bizi tərk etməyib. Bu qollar əslində xanımların hədiyyəsi sayılır.

"Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Nəriman Axundzadə mia.az saytının əməkdaşı ilə görüşündə son oyunda vurulan hər iki qolun xanımlara hədiyyə olduğunu bildiriblər.

Zülfiyyə

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq