Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-03-2024 [00:16]
Qoç - Ünsiyyət və danışıqlar üçün çox əlverişli gündür. Ən soyuqqanlı, laqeyd, eqoist, mizantrop insanı belə ideyalarınıza cəlb edə bilərsiniz. İntuisiyanız çox güclüdür və bu məqam şəxsi nüanslara təsir edir. Yaxınlarınızın istək və hisslərini anlamağa çalışın. Sevdiyiniz insanın niyyətini duyun, gözləntilərini dərk edin.
Günün ikinci yarısında işgüzar və maliyyə məsələlərini həll etmək olar. Zahirən hərdəmxəyal təsir bağışlasanız da, ciddi olun, önəmli detalları diqqətdən qaçırmayın. Qiymətli hədiyyə, xoş sürprizlər istisna deyil.
Buğa - Asan, rahat gün olmayacaq. Kiçik anlaşılmazlıqlar və uğursuzluqların sayı normadan artıqdır. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. İstəyinizə dərhal olmasa da, çatacaqsınız. Əks cins mənsubu ilə fikir ayrılığı və ixtilaf yarana bilər. Yaşlılarla təmaslarda diqqətli, həssas olun. Sərt, aqressiv danışmayın.
Günün ikinci yarısında önəmli işlə təkbaşına məşğul olmayın. Mürəkkəb və xoşagəlməz problemin həllində yardımçınız olacaq.
Əkizlər - Emosional baxımdan rəvan, asan olmayan gündür. Hadisələr qarışıq, hisslər dağınıq, əsəblər gərilidir. Qarşılıqlı anlaşmaya və kompromissə nail olmaq çətindir. Durumu ağırlaşdırmamaq üçün səy göstərin. Əks təqdirdə ümumi planlardan biri ertələnəcək, nəzərdə tutduğunuz iş alınmayacaq. Günün ikinci yarısında genişmiqyaslı, ağır işlərə başlamayın. Başa vura biləcəyiniz işlərlə kifayətlənin. Axşam saatlarını sakit istirahətə, yorucu olmayan, maraqlı məşğuliyyətə həsr edin.
Xərçəng - Yaxşı ideyalarınız az olmasa da, onları həyata keçirmək üçün enerji qıtlığı var. Bu isə müttəfiqlərə və yardımçılara ehtiyac yaranmasını labüd edir. Tərəfdaşları ən qəfil, gözlənilməz şərait və yerdə tapmaq olar. Onların arasında indiyədək bütün niyyət, layihələrinizə şübhə ilə yanaşan insanlar da ola bilərlər.
Alış-veriş etmək, daşınmaz əmlaka və yeni layihəyə sərmayə yatırmaq olar. Nüfuzlu insanla görüş pis keçməyəcək. Yaşlı qohumlarla ünsiyyət sizi sevindirəcək. Ailəvi tədbirlərdə qayğısız görünməyə çalışın. Deyin, gülün, əylənin.
Şir - Heç hara tələsməyin. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirsələr belə, aramla davranın. Dürüst qərar qəbul etmək üçün effektiv taktika seçin. Əvvəl başladığınız işi başa vurmaq üçün bir qədər vaxt gərəkdir. Yeni tapşırıqlar və ya öhdəliklərin alınması, mürəkkəb məsələlərin yaranması istisna deyil. Yardım və ya heç olmasa, məsləhət ala biləcəyiniz şəxslər isə gözə dəymirlər. Alış-verişdə çox pul xərcləməyin, qənaətli olun. Maliyyə baxımından uğursuz gündür. Məişət texnikası sıradan çıxa bilər.
Qız - Planlaşdırdığınız işləri təkbaşına reallaşdırmaq çox çətindir. Müttəfiq və yardımçı arayın. Sizi dəstəkləmək və istəklərinizi yerinə yetirməklə yanaşı, təşəbbüskar olacaq insanları tapacaqsınız. Onlarla tərəfdaşlıq faydalıdır. Cəsarətli və qətiyyətli olun. Maneələrlə sədlər sizi qorxutmasın. Uğurlara nail olmaq şansınız az deyil.
Kiçik və xırda məsələlərə görə pərişan olmayın. Əhvalınızı pozmayın. Bədbinliyə qapılan insanlar sizə dəstək üçün üz tutacaqlar. Lakin "kövrək etiraflar" dinləməyə çox vaxt sərf etməyə dəyməz.
Tərəzi - Vurnuxma sizi çox qıcıqlandırır. Daha sakit, səs-küydən uzaq şəraitdə çalışmaq istəyirsiniz. Amma belə imkan yoxdur. Qəfil və gözlənilməz məqamlar az deyil. Əvvəlki günlərlə müqayisədə planları daha sürətlə dəyişməli olacaqsınız. Nikbin davranın, ruhdan düşməyin. Yaxınlarınızın sizə yaxşı xəbərləri və xoş sürprizi var. Onlarla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Ailə üzvləri ilə təmaslarda həssas olun. Səmimiyyəti, qayğını unutmayın.
Əqrəb - Çox uğurlu gündür. Əvvəllər başladığınız və ümidsiz saydığınız mürəkkəb işi başa çatdırmaq şansı var. Bədxahlarla rəqibləri üstələyin, zəifliklərinizin öhdəsindən gəlin. Zərərli vərdişlərlə mübarizə aparın. Həmin vərdişlərdən birini tərgidə bilərsiniz.
Riskli anlaşma və ya sövdələşməyə qatılmayın. Gərəkliliyinə tam əmin olmadığınız əşyalar almayın. Pulla ehtiyatlı davransanız, bir qədər sonra problemlərlə qarşılaşmaq ehtimalı azalar. Qeyri-formal şəraitdə işgüzar məsələləri müzakirə etmək olar. Çoxdan bəri həllini tələb edən problemi çözmək üçün orijinal variant tapıla bilər.
Oxatan - Günü müstəqil çalışaraq, təkbaşına keçirməyə can atsanız da, planlarınız baş tutmayacaq. İnsanlar sizə can atırlar. Yaxın ətrafınızdakı şəxslərdən birinin yardıma ehtiyacı var. Yaradıcılıq fəaliyyəti üçün düşərli gündür. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Kiçik gəlirlər, bahalı olmayan, amma çox xoş hədiyyələr ola bilər.
Günün ikinci yarısı idman və fiziki əmək üçün yararlıdır. Əhvalınız yaxşılaşacaq, gərəksiz fikirləri az sonra unudacaqsınız.
Oğlaq - Bu gün sınağa çəkiləcəksiniz. Çətinlikləri dəf edin və yaxınlarınızla qayğıkeş davranmağı unutmayın. Problemlər ilk əvvəl çox ağır təsir bağışlayacaq. Lakin yaranmış situasiyanı sakit, soyuqqanlı şəkildə təhil edəndə anlayacaqsınız ki, vəziyyət o qədər də pis deyil. Çətin durumdan çıxış yolu tapın. Əlverişsiz situasiyadan öz xeyriniz üçün istifadə edə bilərsiniz.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki ağrılar kəskinləşəcək. Profilaktiki tədbirləri unutmayın. Normal qidalanın, məntiqli gün rejiminə riayət edin. Belədə sağlıq durumunuz ciddi təhdidlərlə qarşılaşmaz.
Dolça - Günün ilk yarısında yaranan problemləri çox ciddi saymayın. Çətin dövr az sonra başa çatacaq, bütün problemlər unudulacaq. Sürprizlər, uğurlu təsadüflər və maraqlı görüşlər dövrü başlanacaq. İmiclə eksperimentlər uğurlu nəticələr verə bilər. Günün ikinci yarısında qarderobunuzu yeniləyə bilərsiniz.
Müstəqil fəaliyyət, diqqət, detallara səhih yanaşma tələb edən işlər üçün əlverişli zamandır. Səvhlərə yol verməməyə, səliqəli olmağa, diqqətli davranmağa çalışın. Planlaşdırılmamış səfər ola bilər. Axşam saatları müsbət təmayüllərin təsiri güclənəcək.
Balıqlar - Cəsarətli və qeyri-adi, qəfil layihəyə başlaya bilərsiniz. Başladığınız mürəkkəb layihəni sona çatdırın. Adi, ənənəvi, rutin işləri darıxdırıcı sayıb onları qulaqardına vurmayın. Təxirəsalmalar və çətinliklər yaranarsa, yaxın ətrafınızdakı insanlardan birini işə cəlb edə bilərsiniz. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir.
Başqalarının səhvlərindən nəticə çıxarın, faydalı təcrübəni əxz edin. Yaşlı qohumlar yaxşı məsləhətlər verəcəklər. Birmənalı olmayan situasiyada necə davranmağın gərəkdiyini isə dostlar deyəcəklər.Qəfil hədiyyə ola bilər.
Milli.Az
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq