Türkiyə sahil mühafizəsi boğulmaq üzrə olan 41 miqrantı xilas edib

img

07-03-2024 [23:23]


Türkiyə sahil mühafizəsi Ege dənizində İzmirə yaxın səmtdə boğulmaq üzrə olan 41 miqrantı dənizdə xilas edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Sahil Mühafizə Komandanlığı açıqlama yayıb.

Bildirilib ki, yunan dəniz qüvvələri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 41 qaçaq miqrant rezin qayıqda batma təhlükəsi ilə üzləşiblər.

Məluimata görə, Türkiyə tərəfi onları xilas edərək miqrasiya şöbəsinə təhvil verib: "Müvafiq sənədləşmələrdən sonra onlar ölkələrinə göndəriləcəklər".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq