Avroliqa: "Qarabağ" - "Bayer 04" oyununda qapılara 4 qol vurulub (Yenilənib)

img

07-03-2024 [23:38]


Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" Bakıda Almaniyanın "Bayer 04" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, Bakı avxtilə saat 21.45-də başlayan oyunu fransalı hakim Benua Bastyen idarə edir.

Oyunun 26-cə dəqiqəsində "Qarabağ"dan Benzia möhtəşəm zərbə ilə hesabı açıb - 1:0.

45-ci dəqiqədə "Qarabağ" daha bir qol vurub. İkinci qola Juninyo imza atıb - 2:0.

70-ci dəqiqədə "Qarabağ"lı oyunçunun səhvindən istifadə edən alman futbolçu Virtz hesab arasındakı fərqi azaldıb - 2:1.

90-cıə dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər - 2:2

Oyun bu hesabla başa çatıb.

Bu komandalar arasındakı cavab oyunu martın 14-də keçiriləcək.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq